r/aze_geeks • u/Primary_General_945 • 18h ago
Life/Həyatdan Aylıq 5000+ AZN qazanan dostlar, nə işnən məşqulsuz ?
Salam! 22 yaşım var və nə qədər çalışsam da, hələlik arzuladığım gəlir səviyyəsinə çata bilmirəm.
Əsas işimdən orta hesabla 1 500 AZN maaş alıram, əlavə olaraq magistr təqaüdüm 117 AZN-dir. Müxtəlif kiçik bizneslər qurmağa da cəhd etmişəm, amma aylıq gəlirim heç vaxt 2 000 AZN-i keçməyib.
Satış sahəsində çalışıram, universitetdə magistr təhsili alıram. İnvestisiya, kiçik biznes və sahibkarlıqla da maraqlanıram.
Amma gələcəyimlə bağlı daha böyük hədəflərim var və maddi cəhətdən daha yaxşı səviyyəyə çatmaq istəyirəm.
Sizcə, aylıq 5 000 AZN gəlir səviyyəsinə çatmaq üçün hansı istiqamətdə inkişaf etməliyəm? Hansı bacarıqlara yiyələnməli, hansı sahələrə fokuslanmalıyam? Təcrübəsi olan insanların məsləhətlərini eşitmək istərdim.