r/aze_geeks • u/AzerbaijaniUser • 20h ago
Sosiallaşmaq/Socializing Sevgi hissim qalmayıb
Uzun bir müddətdir ki, içimdə qarşı cinsə qarşı sevgi, məhəbbət, ən kiçik bir tərpəniş hiss etmirəm(heteroyam)
3 il əvvəl biri ilə münasibətim olmuşdu, amma toxic bir şey idi. Məni manipulyasiya edir, istədiklərini etdirirdi. O vaxtlar iradəm zəif idi. Din ilə etdiyim hərəkətlərin günah olduğunu, cəhənnəmdə yanacağımı deyirdi. Daha sonra mənə xəyanət etdi. Travma olaraq qaldı
Daha sonra abituriyent vaxtı bir qızla məşğələdə tanış oldum. Tam mənim kimi idi. Dünyalarımız eyni idi, amma bir müddət sonra o da olmadı.
İndi isə sevgi yaşayanlara baxıb həsəd aparıram. O yaşadığım xoş günlər yadıma düşür. Mən də istəyirəm, amma əsl sevgini tapa bilməyəcəyimi bilirəm.
Nə edə bilərəm?